Gülənin 40 il qabaqkı “Huruç hərəkatı”: müdhiş gizlinlər açılır
15-08-2016, 09:00
FƏTÖ lideri Fətullah Gülənin 40 il qabaq çevriliş planı avqustun 14-də mediada tirajlanıb. teref.az timeturk.com-a istinadla xəbər verir ki, 1980-ci il, 12 sentyabr hərbi çevrilişindən iki ay əvvəl Gülənin bir toplantıdakı çıxışı üzə çıxıb. Prokurorların hazırladığı istintaq materiallarında yer alan ifadələrdə Gülənin 1980-ci ildən çevriliş planı olduğu aydınlaşıb.
FƏTÖ lideri toplantıda Huruc hərəkatının başladığını bəyan edib. Ancaq bu hərəkatın 35-40 il sonra tətbiqinin mümkün ola biləcəyini dəvurğulayıb. Türkiyə mediası yazır ki, Gülənin bu çıxışı İzmir şəhərindəki bir məclisdə olub və iki ay sonra Kənan Evrənin generalları xuntanı hakimiyyətə gətirib.
Bakırköy prokuroru Ömer Faruk Aydıner, keçmiş prokurorlar – Zekeriya Öz, Celal Kara və Mehmet Yüzgeç hazırladığı ittiham aktında Gülənin 40 il öncəki bu açıqlamalarına yer ayırıb. 2016-ci il 15 iyul gecəsi Türkiyədə hərbi qiyamın başlaması FƏTÖ liderinin 40 il əvvəlki İzmir çıxışının reallaşmasıdır. Gülənin Huruc adlandırdığı hərəkatın ərəb mənşəli ifadədir. “Yeni Akit” qəzeti bu barədə yazır ki, huruc antonimdir.
Həm mühacirət, köç etmək mənasını verir, həm də mövcud sistemi sarsıtmaq, dövləti qeyri-işlək vəziyyətə gətirmək, kəsəsi, xaos anlamını verir. Elə Gülənin Huruc hərəkatı da məhz ikinci mənada panlar cızıbmış…
Gülənin İzmirdəki çıxışından istintaq materiallarında yer almış digər məqam orta məktəbdən ali məktəbə qədər bütün təhsil alanlar üçün sığınacaqlar tikilməsini istəməsidir. Gülən bu yurdlarda öz məqsədləri naminə tələbələr yetişdirməyi hesablayıb. İyulun 15-də çevrilişə cəhd də 40 il qabaqkı bu çıxışı təsdiqləyir. O, Türkiyədəki müəllimlərin böyük əksərinin hərəkata dəstək istiqamətində fəaliyyət göstərməli olduğunun vacibliyini qeyd edir. Bu ifadəsi də istintaq dosyesində keçir. Lakin Gülənin 40 illik planı vaxtilə çiyin-çiyinə dayandığı Ərdoğan tərəfindən pozulur…