Türkiyəli məşhur rejissor və yazıçı Mesut Kara 63 yaşında vəfat edib.

15-04-2024, 10:36           
Türkiyəli məşhur rejissor və yazıçı Mesut Kara 63 yaşında vəfat edib.
2008-ci ildə qan laxtalanması nəticəsində qismən iflic olan və zaman-zaman artan sağlamlıq problemləri ilə mübarizə aparan Kara, keçən il infarkt keçirərək reanimasiyaya yerləşdirilib. Uzun sürən müalicələrə baxmayaraq, yazıçı ötən gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1961-ci ildə İstanbulda anadan olan Mesut Kara 15 ildən çox kino yazıçısı olub. Reklam sahəsində bədii rəhbər vəzifəsində çalışıb və televiziya üçün kino proqramları hazırlayıb.

Mətn müəllifi və rejissoru olduğu "Erkan Yücel" sənədli filmindən əlavə, onun "Sənətçi Kahvesi", "Yeşilçamda unudulmaz simalar", "Pendikli illəri və kino xatirələri", "Sinema və 12 sentyabr" adlı 5 əsəri işıq üzü görüb.

Bir çox jurnallarda yazıçı və redaktor işləyən Kara, “Show TV”də yayımlanan "CineShow" kino proqramında məsləhətçi kimi çalışıb./Publika.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru