Qazaxıstan əcnəbilərin ölkəyə girişini qadağan edib

23-04-2024, 10:54           
Qazaxıstan əcnəbilərin ölkəyə girişini qadağan edib
Qazaxıstan parlamentinin aşağı palatasının deputatları plenar iclasda əhalinin miqrasiyası sahəsində dəyişikliklərlə bağlı yuxarı palatanın qanuna düzəlişləri ilə razılaşıblar.

Bu dəyişikliklər ekstremist və terror fəaliyyəti ilə məşğul olan əcnəbilərin ölkəyə girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Qanunvericiliyə təklif olunan dəyişikliklər, həmçinin yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayətlərdə təqsirli bilinən əcnəbilərin ölkəyə girişinə və ölkə vətəndaşlığını almasına məhdudiyyətləri də nəzərdə tutur.

İkili vətəndaşlığın əldə edilməsinin qarşısını almaq üçün Qazaxıstan vətəndaşlığı verildikdən sonra xarici pasportdan istifadə halında ölkə vətəndaşlığından çıxarılma tətbiq ediləcək. Mövcud qanunvericilik isə yalnız xarici dövlətin vətəndaşlığının əldə edilməsi halında Qazaxıstan vətəndaşlığının itirilməsini nəzərdə tutur.

Parlament miqrasiya sahəsində qanunvericiliyə dəyişikliklər haqqında qanunu qəbul etdikdən sonra qanun imzalanması üçün Qazaxıstan Prezidentinə təqdim olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.