Türkiyə səmasını Azərbaycan şahinləri qoruyacaq

23-08-2016, 01:26           
Türkiyə səmasını Azərbaycan şahinləri qoruyacaq
Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra 265 pilotin ordu sıralarından kənarlaşdırılması qardaş ölkənin Hərbi Hava Qüvvələrində pilot çatışmazlığına səbəb olub. Mülki aviasiyadan transfer edilən pilotlar hesabına məlum boşluğu qismən də olsa doldurmağa çalşan hərbi-siyasi rəhbərlik, xarici ölkələrdən də pilotları müqavilə əsasında türk ordusunda xidmətə cəlb etmək niyyətindədir.
Cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, artıq Türkiyə hökuməti bu məqsədlə bir sıra ölkələrlə danışıq aparır ki, bu ölkələrin arasında Azərbaycanda var. Belə ki, Türkiyə tərəfi azərbaycanlı pilotları da türk hərbi aviasiyasına cəlb etmək istəyir. Lakin hələlik Azərbaycan tərəfi bu istəklə bağlı mövqe bildirməyib. Fəqət bilgili qaynaq ehtimal edir ki, Azərbaycan bu məsələdə də Türkiyəyə dəstək olacaq və özünün ən təcrübəli pilotlarını bu işə cəlb edəcək. Başqa sözlə desək, yaxın gələcəkdə Türkiyə səmalarını Azərbaycan şahinləri qoruya bilər ki, bu da Azərbaycan hərb məktəbinin uğuru deməkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru