İraq Kürdüstanının lideri Məsud Bərzani Türkiyədə səfərdədir.
Beştepedə, Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanla Məsud Bərzani arasında görüş olub.
Mətbuata qapalı keçirilən görüş 1 saat 50 dəqiqə davam edib.
Liderlər görüşdə İraq Kürdistanında FETÖ-yə bağlı məktəb və qurumların fəaliyyətinə xitam verilməsi istiqamətində lazımi addımların atılmalı olduğunu diqqətə çatdırıblar. (qafqazinfo)