Türkiyənin ilk astronavtı qəzaya düşdü – FOTO

31-05-2024, 19:12           
Türkiyənin ilk astronavtı qəzaya düşdü – FOTO
Türkiyənin ilk astronavtı Alper Gezeravcı Kocaelidə avtomobil qəzasına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Gezeravcının da içərisində olduğu avtomobil İstanbul istiqamətində hərəkətdə olarkən sərnişin avtobusu ilə toqquşub.

Hadisə zamanı Gezeravcı və daha 2 nəfər yüngül xəsarətlər alıb. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru