“Belə saçma anlayış olmaz” –Türk nazirlə hollandiyalı nazir canlı yayımda "dilləşdi" (FOTO)
29-08-2016, 22:45
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Hollandiyalı həmkarı Bert Koendersın birgə mətbuat konfransında gərgin anlar yaşanıb.
Strateq.az xəbər verir ki, mətbuat konfransında Holandiyalı nazirin “Türkiyədəki olayların Holandiyaya sıçramasını istəmirik. Hollandiyada yaşayan türklər Türkiyədə baş verən hadisələrə çox həssasdırlar. Bu cür həssaslığın bizim topluma daşınmasının gərəkliyini xoş saymırıq. Hər hansı bir formada ölkəmdəki türklərin Türkiyədəki proseslərə qarışması qəbul edilən deyil. Bizim istədiyimiz proseslərin sadəcə barış mövqeyində davam etməsidir", – sözləri Çavuşoğlunun narazılığına səbəb olub.
Çavuşoğlu “Hollandiya və ya bir başqa ölkə Türkiyəyə demokrratiya dərsi verməyə çalışarkən, bu Türkiyənin daxili siyasətinə qarışmaq olmurmu? Ancaq Avropadakı türklərlə bağlı bir fikir bildirildiyində, bu daxili siyasətə qarışmaq olur. Belə saçma anlayış olmaz, bu ikili statndartdır", – deyə, sərt cavab verib.
Canlı yayımda baş verən bu "dilləşmə" gərginlik yaratsa da, az sonra mətbuat konfransı diplomatların özəl jestləri ilə öz axarına düşüb: