Türkiyə Rusiyadan buğda alışını azaltdı: "Qərbin təzyiqidir"

12-06-2024, 12:09           
Türkiyə Rusiyadan buğda alışını azaltdı: "Qərbin təzyiqidir"
Rusiya Dövlət İdarəetmə Universitetinin İqtisadiyyat və Maliyyə İnstitutunun direktoru Qalina Sorokina Türkiyənin iyunun 1-dən Rusiya buğdasının idxalını məhdudlaşdırmaq qərarını xarici təzyiqlərlə izah edib.
Bakupost.az "MK"-ya istinadla xəbər verir ki, Sorokina bu qərarın böyük ehtimalla Türkiyənin öz istehsalçılarını qorumaq üçün deyil, Qərb ölkələrinin təzyiqi ilə verildiyini bildirib.
İqtisadçı onu da qeyd edib ki, Misir də son bir ildə Rusiyadan taxıl alışını azaldıb. Amma bununla belə Rusiyadan buğda idxalını artıran ölkələr var. Bunlar Səudiyyə Ərəbistanı, Pakistan, Əlcəzair, Banqladeşdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru