ABŞ Türkiyə ilə ANLAŞDI: Vaşinqtonun göndərdiyi Qəbul məktubu imzalandı13 İyun 2024 19:24

14-06-2024, 08:34           
ABŞ Türkiyə ilə ANLAŞDI: Vaşinqtonun göndərdiyi Qəbul məktubu imzalandı13 İyun 2024 19:24
Türkiyə ABŞ-la "F-16" qırıcılarının alınmasına dair müqavilə imzalayıb.

Bu barədə TRT Türkiyə Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

"ABŞ-dan "F-16" alqı-satqısı ilə bağlı müqavilələr imzalanıb və nümayəndə heyətləri arasında detallar üzərində iş davam edir", - mənbə məlumatı təsdiqləyib.

İyunun 6-da ABŞ Dövlət Departamenti bildirib ki, Türkiyə rəsmiləri yeni "F-16" qırıcılarının və "F-70/72" modifikasiya və modernləşdirmə dəstlərinin alınması ilə bağlı ABŞ tərəfinin onlara göndərdiyi Qəbul məktubunu (LOA) imzalayıb.

ABŞ bunu razılaşmanın əldə edilməsində irəliyə doğru böyük addım adlandırıb. İyunun 6-da ABŞ-ın Türkiyədəki səfiri Ceff Flake də Ankara döyüş təyyarəsi alqı-satqı müqaviləsinin irəlilədiyini açıqlayıb, lakin o, hər hansı təfərrüat açıqlamayıb.

Türkiyə biryerlik (F-16C) və ikiyerlik (F-16D) konfiqurasiyasında cəmi 40 ədəd "F-16 Block-70/72" qırıcısı, habelə uçuşun modernləşdirilməsi və genişləndirilməsi üçün lazım olan 79 dəst avadanlıq almağı planlaşdırır.

Buraya ehtiyat hissələri, zəruri xidmət avadanlığı, təlim və texniki dəstək proqramları və hava-hava və hava-yer silahlarının tam kompleksi daxildir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru