Macarıstanda Ağsaqqallar Şurasının sədri: - Kökümüz eynidir...

17-06-2024, 15:38           
Macarıstanda Ağsaqqallar Şurasının sədri: -
Hazırda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələr daha çox sıx təmasdadır. Türk dövlətləri arasındakı yaxşı dostluq əlaqələri getdikcə dərinləşir. Bu da həssas dönəmdə çox mühümdür.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki səsləndirib.

O bildirib ki, Macarıstan TDT-nin müşahidəçi üzvü olmasına baxmayaraq, bu təşkilatın bütün tədbirlərində yaxından iştirak edir.

Macarıstanda Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərdiyini də diqqətə çatdıran qonaq deyib:

“Başqa cür ola da bilməz. Çünki bizi qohumluq əlaqələri və ortaq dəyərlər birləşdirir, kökümüz eynidir. Adım və soyadım da bunu deməyə imkan verir”.

O bildirib ki, ölkəsinin tez bir zamanda TDT-yə üzv seçiləcəyinə əmindir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru