Fidanın Moskva görüşündən sonra Türkiyə-Suriya danışıqları bərpa olundu

18-06-2024, 11:55           
Fidanın Moskva görüşündən sonra Türkiyə-Suriya danışıqları bərpa olundu
Suriya hökumətinə yaxın mənbələr Suriya ilə Türkiyə arasında bir müddətdir dondurulmuş danışıqların yenidən başladığını bildirir.

İyunun 11-də Suriyada yerləşən Rusiya aviabazasında Türkiyə Silahlı Qüvvələri ilə Suriya Ordusunun hərbçiləri arasında görüş keçirilib. Suriya mənbələrinin məlumatına görə, görüş Rusiyanın vasitəçiliyi ilə baş tutub.

Görüşdə xüsusilə İdlib və ətrafdakı son hadisələr müzakirə edilib. Görüş Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskva görüşündən bir gün sonra baş tutub.

Suriya mənbələrinin məlumatına görə, bu görüş Suriya ərazisində baş tutan təhlükəsizliklə bağlı bu tipli ilk görüş olub və Türkiyə-Suriya münasibətlərinin yaxınlaşdığı görünür. Qeyd olunur ki, növbəti görüş yaxın günlərdə İraqın paytaxtı Bağdadda baş tutacaq.

Görüşdən sonra Türkiyə silahlı qüvvələri İdlibin cənubundakı Cebel Zaviye bölgəsinə yük daşımaları həyata keçirib.

Xatırladaq ki, Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesinin əsasları 2021-ci ildə qoyulub. 28 dekabr 2022-ci ildə müdafiə nazirləri və kəşfiyyat rəhbərləri rəsmi səviyyədə Moskvada, 10 may 2023-cü ildə isə xarici işlər nazirləri görüşüblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.