Türkiyə Rusiya və Ukrayna ilə yeni taxıl dəhlizini müzakirə edir

13-07-2024, 10:08           
Türkiyə Rusiya və Ukrayna ilə yeni taxıl dəhlizini müzakirə edir
Türkiyə Rusiya və Ukrayna ilə yeni taxıl dəhlizini müzakirə edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri ilə Qara dəniz taxıl sazişlərinin bərpası ilə bağlı danışıqlar apardığını, lakin hələlik nəticə olmadığını bildirib.

Ərdoğan bu barədə ABŞ-də keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

"Biz taxıl dəhlizinin açılmasını təklif edirik və indi həm Rusiya, həm də Ukrayna ilə bu məsələ ilə bağlı danışıqlar aparırıq. Bu məsələləri Ukrayna Prezidenti cənab Vladimir Zelenski ilə NATO sammitində müzakirə etdik. Biz taxıl dəhlizi üzərində işləmək istəyirik və ümid edirəm ki, bu dəhlizdən yenidən istifadəyə başlayacağıq", - deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri onu da xatırladıb ki, Türkiyə Qara Dəniz Taxıl Təşəbbüsü qüvvədə olduğu müddətdə bu təşəbbüs çərçivəsində ədalətli addımlar atıb: "Həm Rusiyanın, həm də Ukraynanın tələblərini yerinə yetirirdik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.