Türkiyədə bir ilk: Yeni vulkan püskürməyə hazırlaşır

5-10-2024, 15:58           
Türkiyədə bir ilk: Yeni vulkan püskürməyə hazırlaşır
Türkiyənin Manisa şəhərinin Kula rayonunda alimlər Yer qabığının müxtəlif dərinliklərində 8 maqma otağı aşkar ediblər. Ən böyük maqma otağı səthə yaxın olduğundan zəlzələ kimi faktorlarla aktivləşərək püskürə bilər.

"Sputnik Türkiyə"nin verdiyi məlumata görə, bu barədə Eskişehir Osmangazi Universitetinin elm adamları xəbərdarlıq ediblər.

Bildirilib ki, professor Özgür Karaoğlu və komandasının "Kula-Salihli Jeoparkı"nda tədqiqatları zamanı səthin 5 kilometr dərinliyində böyük bir maqma kütləsi müəyyən edilib:

"Bu maqma kütləsi səthə doğru yüksəlir və bölgədəki geotermal sistemləri qızdırır. Kula bölgəsində ən son vulkanik fəaliyyət 4 700 il əvvəl baş verib. Aşkar etdiyimiz maqma otaqlarının səthə yaxınlıqları və düzülüşləri vulkanın yenidən fəaliyyətə keçmə ehtimallarının yüksək olduğunu göstərir", - deyə elm adamları vurğulayıblar.

Ekspertlər regiondakı aktiv qırılma xətlərinin də maqmanı tətikləyə biləcəyini qeyd ediblər.

Ankara Universiteti Geofizika Mühəndisliyi Bölümündən professor Bülent Kaypak isə layihə çərçivəsində istifadə olunan metodların Türkiyədə bir ilk olduğunu söyləyib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru