SOCAR-ın 1500 işçisi tətilə çıxdı: Zavod bağlandı

29-05-2015, 11:13           

SOCAR-ın Türkiyədəki işçiləri tətilə başladı

SOCAR-a məxsus Petkim neft-kimya holding A.Ş (qapalı səhmdar cəmiyyət) İzmirdəki istehsal kompleksinin işçiləri tətil elan ediblər.

1500 işçi neft-kimya zavodunun qapılarını bağlayaraq içəridə tətilə başlayıblar.

Ölkə.az xəbər verir ki, şirkət rəhbərliyi ilə fəhlə həmkarlar təşkilatı rəhbərliyi arasında Yeni ildən bu yana davam edən danışıqlar bir nəticə vermədiyindən Həmkarlar təşkilatı işçiləri tətilə çağırıb.

SOCAR Petkim A.Ş-nin rəhbərliyindən isə yazılı bir açıqlama gəlib. Açıqlamada bildirilir:

"Şirkətimiz və Petrol-İş həmkarlar təşkilatı arasında 01.01.2015 - 31.12. 2016-cı il arası müddəti əhatə edən Toplam əmək müqaviləsi məsələsində qarşılıqlı anlaşma çərçivəsində bütün problemləri həll etmişik. Ancaq işçiyı işi verən tərəf olaraq çox istəməyimizə rəğmən işçilərinin maaşını artıra bilməməmiz ətrafında həmkarlarla anlaşa bilməmişik. Keçən ilin may ayında imkanlarımız xaricində olsa belə, işçilərin maaşlarını artıra bildik. Keçən ilin ilk 6 ayı ərzində yüzdə beş, ikinci, üçüncü və dördüncü altı aylar ərzində də artan rəqəmlərlə inflayasiyanın səviyyəsinə uyğun olaraq işçilərimizin maaşları kompensasiya edildi. Hazırda isə şirkətimizin maddi vəziyyəti, dünya neft bazarlarındakı vəziyyət nəzərə alınaraq həmkarların da məsələyə münasibətdə həssaslıq göstərməsinə ümid edirik".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.