Türkiyədə azərbaycanlı yeniyetmə anasının sevgilisini öldürüb.

15-12-2024, 08:24           
Türkiyədə azərbaycanlı yeniyetmə anasının sevgilisini öldürüb.
Türkiyədə azərbaycanlı yeniyetmə anasının sevgilisini öldürüb.
50 yaşlı Abdullah Kolcu sərxoş halda evə gələrək azərbaycanlı sevgilisi 45 yaşlı Aida İ. və onun 16 yaşlı oğlu Nicat H.-nı döyüb. Bundan hiddətlənən yeniyetmə mətbəxdən bıçaq götürərək Kolcunu sinəsindən vurub. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yaralını xəastəxanaya aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanlı ana və oğul isə saxlanılıblar. Polisə verdiyi ifadədə Nicat H. anasının sevgilisinin tez-tez onları döydüyünü deyib. (lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru