Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı 15-12-2024, 11:34 Hatayın (Türkiyə) Reyhanlı bölgəsində 53 nəfərin öldüyü terror hücumunda əli olan Cengiz Sertel saxlanılıb.Bu barədə "Haber Global" məlumat yayıb.11 may 2013-cü ildəki hücumun iştirakçısı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və polisin təşkil etdiyi əməliyyatla ələ keçib.Bildirilir ki, o terror aktında istifadə edilən partlayıcıları Suriyadan Türkiyəyə keçirib. Facebook-da paylaş