Reyhanlı terroru üçün Suriyadan sursat daşıyırmış - SAXLANILDI

15-12-2024, 09:24           
Reyhanlı terroru üçün Suriyadan sursat daşıyırmış - SAXLANILDI
11 il öncə Türkiyənin Reyhanlı bölgəsində 53 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri, Cengiz Sertel saxlanılıb.

Terrorçunun yeri MİT Başçılığı İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən keçirilən əməliyyat nəticəsində müəyyən edilib.

Bildirilib ki, Cengiz Hatay Reyhanlı rayonunda baş verən terror aktı zamanı istifadə edilən partlayıcıları Suriyadan ölkəyə daşıyırmış.

Onun daha əvvəl qırmızı bülletenlə axtarışa verildiyi və DİN-in terrorçuluq üçün axtarışda olanlar siyahısında narıncı kateqoriyasında olduğu bildirilib.

Qeyd edək ki, Hatayın Reyhanlı rayonunda 2013-cü ildə bələdiyyə binası yaxınlığında baş verən iki ayrı partlayışda 53 nəfər həyatını itirib, 912 ev, 891 iş yeri və 148 avtomobilə ziyan dəyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.