Məşhur Şirkətin direktoru evində ölü tapıldı

17-12-2024, 00:02           
Məşhur Şirkətin direktoru evində ölü tapıldı
Aze Bilişim Finance” MMC-nin direktoru Ali Akşun evində ölü tapılıb.

Bakuinfo.net ajans.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma başlanıb.

Şirakətin hüquqşünasının iştirakı ilə polis əməkdaşları tərəfindən meyit ekspertizaya aparılıb. Mərhumun ölüm səbəbini müəyyənləşdirmək məqsədilə bədənindən nümunələr götürülüb.

İlkin ekspert rəyinə görə, Ali Akşunun ölümünə narkotik vasitə və ya digər zərərli vərdişlər səbəb olmayıb. Ölüm səbəbinin tam aydınlaşdırılması üçün ekspertizanın yekun rəyinin gözlənildiyi bildirilib. Araşdırmalar davam edir.

Əldə etdiyimiz məlumata görə, Ali Akşun müştərilərə yatırımlarının geri qaytarılacağı barədə söz verib, problemin həll olunacağını bildiribmiş.

Qeyd edək ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC-nin - “Azebirja Şirkəti”nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladığı barədə xəbər vermişdik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.