Genişmiqyaslı əməliyyata hazırlıq: "Türkiyə sərhədə qoşun yığır" - "The Wall Street Journal"

17-12-2024, 16:21           
Genişmiqyaslı əməliyyata hazırlıq:
Türkiyə Suriyada genişmiqyaslı əməliyyata hazırlaşır.

Bu barədə "TASS" "The Wall Street Journal" nəşrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Türkiyə Suriya ilə sərhəd bölgəyə qüvvələr toplayır.

Məsələyə münasibət bildirən adı açıqlanmayan amerikalı rəsmi, vəziyyəti diqqətli və təmkinli şəkildə izlədiklərini diqqətə çatdırıb.

Daha əvvəl "The Washington Post" nəşri Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyada hakimiyyətə gələn silahlılarla ABŞ-nin dəstəklədiyi kürd qruplaşmalar arasında vətəndaş müharibəsinin başlama ehtimalının olduğunu yazıb.

Qeyd olunub ki, Türkiyənin vəziyyətə müdaxilə etməsi nəticəsində isə kürd qruplaşmalar geri çəkilməyə məcbur ola bilərlər.

Bunun ABŞ-nin Suriyadakı hərbi mövcudluğu üçün böyük təhdid olduğu bildirilib.

Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru