Türkiyə Somalidə raket bazası qurur

19-12-2024, 08:38           
Türkiyə Somalidə raket bazası qurur
Türkiyənin "Afrika Buynuzu" (Somali yarımadası - red.) bölgəsindəki maraqları artır.

Bu barədə "Bloomberg" yazıb.

Məlumata görə, Türkiyə Somalidə Ankaranın uzunmənzilli raketlərinin sınaqdan keçirilməsi proqramının bir hissəsi olacaq kosmodromun tikintisinə başlayıb.

Qeyd edilir ki, layihə Somali üçün yeni iş yerləri yaradacaq və əhəmiyyətli gəlir gətirəcək.

Vurğulanır ki, Somalinin Afrikanın şərq sahilindəki coğrafi mövqeyi Hind okeanına doğru atışlar üçün əlverişlidir. Bu, yaşayış məntəqələrinə və qonşu ölkələrə raket qalıqlarının düşmə riskini minimuma endirir.

"Bloomberg" bildirir ki, yeni raket obyekti Türkiyəyə kosmosun tədqiqi ilə bağlı ambisiyalarını reallaşdırmağa kömək edəcək. Obyektin konkret tikinti yeri hələ açıqlanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru