Ərdoğan üçün yüksək təhlükəsizlik tədbirləri başladıldı – 15 gün ərzində…

20-12-2024, 12:19           
Ərdoğan üçün yüksək təhlükəsizlik tədbirləri başladıldı – 15 gün ərzində…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Suriyaya səfər edəcək Ərdoğan üçün artıq indidən yüksək təhlükəsizlik tədbirləri istiqamətində işlərə başlanılıb. Qeyd olunur ki, Hama, Homs və İdlib xətti boyunca qurudan və havadan “təhlükəsiz zona” yaradılacaq.

Bildirilib ki, Türk Hava Yollarından (THY) bir qrup Dəməşq, sonra isə Hələb Beynəlxalq Hava Limanına gələrək orada yoxlamalar aparıblar.

Dəməşqdəki mənbələr də Ərdoğanın qarşıdakı 15 gün ərzində Əməvi məscidini ziyarət edə biləcəyini, burada HTŞ lideri Colani ilə və Suriya türkmənləri ilə görüşəcəyini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru