Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlaması yola salınıb

21-12-2024, 08:29           
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlaması yola salınıb
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb.

TEREF Oxu.Az -a istinadən xəbər verir ki, bu ərzaq yardımı ehtiyacı olan 300 suriyalı ailə üçün nəzərdə tutulub.

Qida paketlərinə dörd nəfərlik ailənin bir aylıq ehtiyacını ödəyəcək miqdarda noxud, bulqur, günəbaxan yağı kimi qida məhsulları, həmçinin şirniyyat və şokolad daxildir.

Məlumata görə, ayrılmış humanitar yardımın son partiyası dekabrın 31-dək Suriyaya göndəriləcək. Bu cür yardımların gələcəkdə də davam etdiriləcəyi istisna olunmur.

Qeyd edilib ki, göndərilən bağlamalar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalılara ünvanladığı məktub da yer alıb. Məktubda Türkiyənin Suriyanın yenidənqurulması və bərpasında bu ölkəyə dəstək göstərəcəyinə dair fikirlər ifadə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru