Türkiyənin milli valyutasının devalvasiyası davam edir.

Dünən, 10:18           
Türkiyənin milli valyutasının devalvasiyası davam edir.
Türkiyənin milli valyutasının dəyəri ilin sonuna qədər tarixi minimumu yeniləyərək bir dollar üçün 36 lirəyə çata bilər.
"TGRT Haber" xəbər verib ki, valyuta bazarları baş verənləri yaxından izləyir.
Ötən həftə türk lirəsinin dollar qarşılığında qiyməti yenidən tarixi minimumu yeniləyib və bir dollar üçün 35 lirə psixoloji həddini keçib. Türkiyə Mərkəzi Bankının məlumatına görə, bazar ertəsi dolların satışı 35,06 lirə səviyyəsinə bərabər olub.
"Bazar ertəsi, dekabrın 23-nə olan məlumata görə, dolların lirəyə nisbətdə bahalaşması davam edir" - telekanal qeyd edib.
Xatırladaq ki, lirə yeddinci aydır ki, ardıcıl olaraq dollara qarşı ucuzlaşır. Türkiyə valyutasının dəyərində ən güclü aylıq enişlərdən biri 2023-cü ilin iyununda müşahidə edilib. Həmin vaxt lirə öz dəyərinin, təxminən dörddə birini itirib. Bu ilin əvvəlindən isə lirə dollara qarşı, təxminən 19% ucuzlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.