Təbrizdə saxlanılan fəallar mərkəzi həbsxanadan kəşfiyyat təcridxanasına qaytarılıb

Bu gün, 17:34           
Təbrizdə saxlanılan fəallar mərkəzi həbsxanadan kəşfiyyat təcridxanasına qaytarılıb
Bir həftə əvvəl Təbrizdə nəzarət altına alınan milli fəallar- Səməd Heydəri və Rza Səlimi keçən günlərdə Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdülər. Ancaq hüquq müdafiəçiləri onların yenidən kəşfiyyat şöbəsinin təcridxanasına göndərildiyini bildirib.

“Son günlər ailələrinə telefon edərək Təbriz həbsxanasının təhlükəsizlik bölməsinə köçürüldüklərini bildirən Heydəri və Səlimi, yenidən Təbriz kəşfiyyat şöbəsinin təcridxanasına göndəriliblər. Səbəbi bəlli olmayan bu transfer ailələrin narahatlığını artırıb,” HRA agentliyi fəallara yaxın bir mənbəyə istinadən yazıb.

Yanvarın 23-də tutulan siyasi fəalların hansı ittihamlara görə saxlanıldığı bəlli deyil.

Traktor azarkeşləri saxlanılan fəallara dəstək üçün şəhərdə posterlər yerləşdiriblər.
Traktor azarkeşləri saxlanılan fəallara dəstək üçün şəhərdə posterlər yerləşdiriblər.
Səməd Heydəri daha əvvəl “Traktor” komandasının oyununun keçirildiyi stadionda saxlanılıb və mühakimə olunub. Türk fəallar son vaxtlar Taktor tərəfdarlarına qarşı təzyiqlərin yenidən artdığını bildirirlər.

Heydəri və Səliminin nəzarətə alınmasının ardınca Traktor komandasının tərəfdarları Təbriz şəhərinin müxtəlif məhəllələrində onların azadlığını tələb edən posterlər asıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.