Antalyada 50-dən çox hotel bağlanıb

31-01-2025, 11:10           
Antalyada 50-dən çox hotel bağlanıb
Türkiyənin Bolu vilayətində hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğın ilə bağlı aparılan yoxlamalardan sonra Antalya şəhərində ən azı 50 otel bağlanıb.

Bu barədə "NTV" məlumat yayıb.

Qeyd olunur ki, həmçinin İstanbulda da qaydaları pozan bütün hotellər bazar ertəsi, fevralın 3-nə qədər bağlanacaq.

Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya dağ-xizək kurortunda yerləşən "Grand Kartal" hotelində dəhşətli yanğın baş verib. Yanğın zamanı 12 mərtəbəli binada 237 qonaq olub, o cümlədən məktəb tətilində istirahətə gələn uşaqlı ailələr.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru