Qərbi Azərbaycan vilayətinin Çaypara şəhərində mədəni fəal həbs edilib

1-02-2025, 16:14           
Qərbi Azərbaycan vilayətinin Çaypara şəhərində mədəni fəal həbs edilib
İranın Qərbi Azərbaycan vilayətinin Çaypara şəhərində mədəni fəal Səccad Əlinejad Xızırlının bazar ertəsi günündən bəri həbsdə olduğu bildirilir.

Bu barədə Güney Azərbaycan Televiziyası (Günaz TV) və İran Wire xəbər saytı kimi mənbələr məlumat yayıblar.

“Çaypara şəhərindən olan türk mədəni fəal Səccad Əlinejad Xızırlı yanvarın 27-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Onun həbsinin səbəbi və haraya köçürülməsi barədə məlumat yoxur,” İran Wire bildirib.

Günaz TV-nin bildirdiyinə görə, “fəalın ailəsi və yaxınlarının onun taleyini öyrənmək üçün müraciətləri nəticəsiz qalıb. Xəbərsizlik ailənin narahatlığını artırır”.
İran Wire xəbər saytı həmçinin son vaxtlar İran Azərbaycanında milli fəalların qanunsuz şəkildə telefon vasitəs ilə kəşfiyyat şöbələrinə çağırılma hallarının artdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru