Türkiyəni ötən il 62 milyondan çox turist ziyarət edib

1-02-2025, 10:28           
Türkiyəni ötən il 62 milyondan çox turist ziyarət edib
Türkiyəni ötən il 62 milyon 269 min 890 turist ziyarət edib ki, bu da 2023-cü illə müqayisədə 9.8 faiz çoxdur.

Oxu.Az "Turizm Proje Dergisi"nə istinadən bildirir ki, Türkiyə 2024-cü ildə turizmdən 61.1 milyard dollar gəlir əldə edib. Bu da əvvəlki illə müqayisədə 8.3 faiz çoxdur.

Türkiyəyə ən çox turist Rusiya, Almaniya və Böyük Britaniyadan gəlib.

Türkiyəyə gələn beynəlxalq turistlər ölkədə orta hesabla 10.7 gün qalıblar və hər bir turistdən əldə edilən gəlir 972 dollar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru