53 mindən çox insanın ölümünə səbəb olan fəlakətdən 2 il ötür

Bu gün, 09:16           
53 mindən çox insanın ölümünə səbəb olan fəlakətdən 2 il ötür
Türkiyənin Kahramanmaraş vilayətində baş verən də 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.

Oxu.Az xəbər verir ki, 2023-cü il fevralın 6-da qardaş ölkənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Yeraltı təkanlar nəticəsində 39 minə yaxın bina dağılıb, 107 mindən çox insan yaralanıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də olub.

Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət də məhz Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olublar.

Hazırda ölkəmiz tərəfindən Kahramanmaraşda aparılan bərpa işləri çərçivəsində Azərbaycan məhəlləsi salınır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.