Türkiyədə növbəti "saxta içki" faciəsi - 33 nəfər ölüb Bu gün, 11:25 Ankarada saxta spirtli içkilər səbəbindən 33 nəfərin həyatını itirib.NTV xəbər verir ki, bu barədə Ankara valisi Vasip Şahin bildirib.Vali 33 nəfərin saxta spirtli içkidən istifadə etdiyi üçün öldüyünü, 20 nəfərin isə reanimasiyada olduğunu bildirib.Qeyd edilib ki, saxta spirtli içki ilə bağlı cinayət işi açılan 32 nəfərdən 13-ü həbs olunub. Facebook-da paylaş