İstanbul əhalisinə görə 131 ölkəni ötdü

8-02-2025, 11:44           
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
Türkiyənin ən sıx şəhəri olan İstanbulun əhalisi 2024-cü ildə 131 ölkəni geridə qoyaraq 15 milyon 701 min 602 nəfərə çatıb.

“TRT Haber” xəbər verir ki, Türkiyənin ümumi əhalisinin 18,3 faizini təşkil edən İstanbulda 7,82 milyon kişi və 7,88 milyon qadın yaşadığı qeyd edilir.

UNFPA-nın 2024-cü il məlumatlarına görə, İstanbul əhali ölçmələrinin aparıldığı 204 ölkə və bölgədən 131-ni ötüb.

Avropada 11,7 milyon əhalisi olan Belçika, 10,5 milyon əhalisi olan Çexiya, 10,3 milyon əhalisi olan Yunanıstan və 10 milyon əhalisi olan Macarıstan İstanbuldan geri qalan ölkələr arasındadır.

İstanbulun əhali sayına görə geridə qoyduğu ölkələr arasında İordaniya, İsrail, Tunis də olub.

Şəhərin əhalisinin sayı Aİ ölkələri Belçika, İsveç, Çexiya və Yunanıstanı, həmçinin Portuqaliya, Macarıstan və Avstriyanı ötüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru