KİV: Ərdoğanın kürəkəninə hökumətdə vəzifə veriləcək

10-02-2025, 10:14           
KİV: Ərdoğanın kürəkəninə hökumətdə vəzifə veriləcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər.

Bu barədə “Gazete Duvar” məlumat yayıb.

Nəşrin məlumatına görə, vitse-prezident Cevdet Yılmaz, xəzinə və maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kamal Memişoğlu vəzifələrində qalacaqlar.

Bildirilir ki, digər nazirlər arasında 3-4 nəfər dəyişdirilə bilər.

Sabiq xəzinə və maliyyə naziri, Ərdoğanın kürəkəni Berat Albayrakın yenidən hökumətdə vəzifə sahibi olacağı iddia olunur.

“Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar”, - mənbə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru