"ABŞ-ın Qəzza ilə bağlı təkliflərinin müzakirə ediləcək heç bir tərəfi yoxdur" - Ərdoğan

10-02-2025, 09:18           
"ABŞ-ın Qəzza ilə bağlı təkliflərinin müzakirə ediləcək heç bir tərəfi yoxdur" - Ərdoğan
ABŞ administrasiyasının Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim baxımımızdan müzakirə ediləcək heç bir tərəfi yoxdur.

“Report” xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfər edəcəyi Asiya turnesinə başlamazdan əvvəl jurnalistlərə bildirib.

“Sionist rejiminin təzyiqi ilə yeni ABŞ administrasiyasının Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim baxımımızdan müzakirə ediləcək heç bir tərəfi yoxdur. Bunların hamısı Qəzzada suyu bulandırmaq cəhdləridir”, – Ərdoğan söyləyib.

Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzza zolağına uzunmüddətli sahiblik məsələsini nəzərdən keçirdiyini açıqlamışdı. “Reuters” agentliyi xəbər vermişdi ki, Amerika lideri Qəzzanı “söküntü yeri” kimi qiymətləndirir və “insanları həyat üçün yararsız torpaqda yaşamağa məcbur etməyi qeyri-insani” hesab edir və gələcəkdə fələstinlilərin anklavdan köçürülməsini planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru