Türkiyədə yalnız 1 nəfərin yaşadığı 5 kənd var

10-02-2025, 15:28           
Türkiyədə yalnız 1 nəfərin yaşadığı 5 kənd var
Türkiyədə əhalinin 6.6%-i qəsəbə və kəndlərdə yaşayır, 5 kənddə isə yalnız bir nəfərin yaşadığı məlum olub.

"Haber Global" xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Məlumata əsasən, ölkə əhalisi 2024-cü ildə əvvəlki illə müqayisədə 292 min 567 nəfər artaraq 85 milyon 664 min 944 nəfər olub.

Türkiyə üzrə 10 və ya daha az nəfərin yaşadığı kəndlərin sayı 57 olaraq müəyyən edilib. Şırnakın Ağaçyurdu, Siirtin Çattepe, İğdırın Tarlabaşı, Bitlisin Kayalıbağ və Bingölün Çomakköy kəndlərində isə cəmi 1 nəfər yaşayır.

Adıyamanın Taşpınar kəndi isə 7 min 2 nəfərlik əhalisi ilə Türkiyənin ən sıx məskunlaşılan kəndi kimi diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru