Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü olacaq. Bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Türkiyə səfəri barədə danışarkən deyib.
O, üçtərəfli görüşün yaxın zamanda Türkiyədə keçiriləcəyini bildirib:
“Bu formatda əlaqələrimizin gücləndirilməsi və möhkəmləndirilməsi çox vacibdir”.