Qazaxıstanda cinsiyyətin dəyişdirilməsinə icazə verəcək qanun layihəsi müzakirələrə səbəb olub

27-02-2025, 10:12           
Qazaxıstanda cinsiyyətin dəyişdirilməsinə icazə verəcək qanun layihəsi müzakirələrə səbəb olub
Qazaxıstan parlamentinin deputatı Məhərrəm Məhərrəmov hökumət qurumlarına müraciət ünvanlayaraq, qanunvericiliyə dəyişiklik edilənə qədər ölkədə cinsiyyət dəyişdirmə əməliyyatlarının dayandırılmasını istəyib.

Bu barədə Tengrinews.kz portalı xəbər verir.

M.Məhərrəmov baş nazirin müavini Serik Jumanqarinə ünvanladığı müraciətində Qazaxıstanda ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasının zəruriliyini vurğulayıb.

O xatırladıb ki, "İnsanların sağlamlığı və səhiyyə sistemi haqqında" məcəlləyə əsasən, Qazaxıstanda 21 yaşına çatmış və cinsi pozğunluğu olan şəxslərə cinsiyyətin dəyişdirilməsinə icazə veriləcək. Lakin deputatın fikrincə, belə əməliyyatların zəruriliyi əlavə ictimai müzakirəyə çıxarılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru