Şeybani xan

7-03-2025, 08:54           
Şeybani xan
Qızılbaş hökmdarının buyruğu ilə Şeybani xanın kəsilən başının kəllə hissəsi qoparıldı və ondan qədəh hazırlandı. Şeybani xan Osmanlıların müttəfiqi sayılırdı. Bu səbəbdən də şah İsmayıl onun başının dərisini soymağı, sonra da içinə saman dolduraraq Osmanlı hökmdarı II Bəyazidə göndərməyi əmr etdi. Xanın xanın kəlləsindən düzəldilən qədəh isə qızılla bəzədildi və üzərinə ərəbcə bir beyt həkk olunaraq Misir Məmlük hökmdarı Qansu Qavriyə göndərildi. Səfəvi mənbələrində həmin beyt aşağıdakı kimi verilib:
Dövranın gərdişindən başım çevrilibdir piyaləyə,
Bu xarab zəmanə məni döndərdi lap avarəyə.
Məmlük şairləri bu beytə 200-dən çox nəzirə yazdılar. Qansu Qavri isə "qədəh"i xüsusi mərasimlə dəfn etdirdi. Beləcə, Misirə səfər etmək istəyən Şeybani xanın Qahirəyə yalnız kəlləsi gedib çıxdı.
Əkbər Nəcəf, Şah İsmayıl. səh 199 - 200
Elbrus Vahidov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.