Trampın addımı həyəcan siqnalıdır: Türkiyə hazırdır!

7-03-2025, 07:24           
Trampın addımı həyəcan siqnalıdır:
ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu azaltmaq istəyinə Avropa qitədə yeni güc mərkəzi yaratmaqla cavab verməlidir.

TEREF xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Faynənşl Tayms”a müsahibəsində deyib.

“Trampın hərəkətləri hamımız üçün həyəcan siqnalıdır və bu o deməkdir ki, biz birləşməli, öz güc mərkəzimizi yaratmalıyıq”, - o bildirib.

Fidan qeyd edib ki, NATO-nun dağılacağı təqdirdə Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazır olacaq.

Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru