Mərmərə dənizində konteyner gəmisi tankerlə toqquşub Bu gün, 10:54 Türkiyənin İstanbul şəhərinin Beylikdüzü rayonunun sahillərində “Orita” konteyner gəmisi “Mia” tankerinə çırpılıb.Bu barədə İHA məlumat yayıb.Bildirilib ki, toqquşma zamanı 270 metrlik “Mia” gəmisinin ballast tankı zədələnib. Nəticədə çirklənmiş su Mərmərə dənizinə axıb.Ancaq buna baxmayaraq, dənizə neft sızıntısının qarşısı alınıb. Facebook-da paylaş