İran günahı Türkiyədə görür - Əraqçi deyir ki...

9-03-2025, 12:56           
İran günahı Türkiyədə görür - Əraqçi deyir ki...
“Türkiyənin və bir sıra digər ölkələrin Suriyadakı hadisələrə birbaşa təsir göstərdiyinə heç kimin şübhə etdiyini düşünmürəm”.

“Cebheinfo.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi AFP-yə müsahibəsində deyib.

“Buna görə də hazırda yaranmış problemlər, məsələn, İsrail tərəfindən Suriya ərazisinin genişmiqyaslı işğalı, İsrail tərəfindən Suriyanın bütün müdafiə və elmi infrastrukturunun dağıdılması, onların mövcudluğu ilə bağlı bütün münaqişələr, bütün bunlarda məsuliyyət bu dəyişiklikləri və inkişafı həyata keçirənlərin üzərinə düşür”, - İranın xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, bu, o demək deyil ki, İran Türkiyə ilə münaqişədədir.

"Xeyr, biz dostluq münasibətlərimizi davam etdirəcəyik və regional məsələlər üzrə məsləhətləşmələrimizi davam etdirəcəyik", - Abbas Əraqçi əlavə edib.

Xatırladaq ki, Suriyada yeni hakimiyyətin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar cümə axşamı başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru