Vəfat edən memarla bağlı YENİ DETALLAR üzə çıxdı: “cadu dərsləri” alırmış

Bu gün, 10:44           
Vəfat edən memarla bağlı YENİ DETALLAR üzə çıxdı: “cadu dərsləri” alırmış
Türkiyədə 4 gün sonra meşədə sağ tapılan və xəstəxanada vəfat edən memar Ece Gürelin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.

TEREF xəbər verir ki, Eceyə Hale Nur Özen adlı qadın tərəfindən “cadu dərsləri” verildiyi məlum olub.

Belə ki, Özen sosial media hesabında verdiyi açıqlamada Ece Gürelin təxminən 2 il əvvəl ondan təlim aldığını açıqlayıb. Bu istiqamətdə hərəkətə keçən polislər Hale Nur Özeni saxlayıb.

Həmçinin Hale Nur adlı qadının astrologiya, rituallar və bədən dili başlıqları altında “Witchcraft dərsi” (“Cadu dərsləri”) adlanan təlim keçdiyi müəyyən olunub.

Xatırladaq ki, Ece Gürel martın 2-si evindən Belqrad meşəsinə gəzməyə gedəcəyini deyərək çıxıb və itkin düşmüşdü. Yaxınlarının məlumatından sonra axtarış-xilasetmə qrupunun iştirakı ilə meşədə genişmiqyaslı axtarış əməliyyatı başlamışdı. Xilasetmə qruplarının 4 günlük axtarışlarından sonra o, martın 6-sı sıldırım meşəlik ərazidə sağ tapılmışdı. Lakin 36 yaşlı Gürel xəstəxanada həyatını itirib.
(Qafqazinfo)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.