“Bizə Suriya mövzusunda kimsə dərs verə bilməz” – Ərdoğan

11-03-2025, 00:10           
“Bizə Suriya mövzusunda kimsə dərs verə bilməz” – Ərdoğan
“Nə qədər ki, biz “hamıya sülh, sabitlik” deyirik, İslam coğrafiyasının qeyri-sabitliyindən qidalanan güc qrupları da boş oturmur. Gərginlik və xaos yaratmağa çalışırlar”.

Tribunainfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında deyib.

“Qonşu Suriyada keçmiş rejim qalıqlarının məzhəblərarası qarşıdurma yaratmaq məqsədi daşıyan təxribatçıların həyata keçirdikləri terror aktlarında şahidi olduq.

Türkiyə olaraq Suriyanın birliyini, həmrəyliyini və ictimai sülhünü hədəf alan hər cür hücumu, terroru və hədə-qorxuları ən kəskin şəkildə qınayırıq. Suriya lideri Əhməd əş-Şaara inklüziv siyasət yürüdür. İnanırıq ki, Suriyada tezliklə əmin-amanlıq bərqərar olacaq. Suriya mövzusunda kimsə bizə dərs verə bilməz”, – Ərdoğan qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru