Türkiyədə torpaq sürüşməsi Dünən, 11:24 Türkiyədə Artvin şəhər mərkəzində torpaq sürüşməsi səbəbindən məhəllə yolu nəqliyyatın hərəkətinə bağlanıb.Türkiyə mətbuatı xəbər verir ki, Dərə məhəlləsinin Yazkent ərazisində yamacdan qopan torpaq kütləsi və ağaclar yola düşüb.Torpaq sürüşməsi səbəbiylə məhəllə yolunda nəqliyyatın hərəkəti dayandırılıb.Sürüşmə zamanı yamacdan qopan nəhəng qaya kütləsi yolun kənarındakı dörd mərtəbəli binadan bir az aralıda dayanıb. Facebook-da paylaş