El zarafatı davaya çevrildi - 6 nəfər silahla yaralandı

11-03-2025, 11:44           
El zarafatı davaya çevrildi - 6 nəfər silahla yaralandı
Afyonkarahisarın Sandıklı rayonunda zarafat zəminində başlayan dava qanla başa çatıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ü.C. ile İ.D. (18) arasında əl zarafat səbəbiylə başladığı iddia edilən mübahisə davaya çevrilib.

Davadan sonra Ü.C hadisə yerini tərk edərək qısa müddət sonra ov tüfəngi ilə geri qayıdıb. Ü.C-nin tüfənglə 3 atəş açması nəticəsində İ.D. və həmin vaxt davanı ayırmağa çalışan H.H.D., O.İ., T.S., H.A. və A.B. bədənlərinin müxtəlif hissələrinə dəyən qranullar nəticəsində xəsarət alıblar.

Ətrafdakıların hadisə barədə xəbər verməsi üzərinə təcili yardımla xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilib. Hadisədən sonra Ü.C qaçıb. O, evinin yaxınlığında polis tərəfindən yaxalanıb və hadisə zamanı istifadə etdiyi tüfənglə birlikdə saxlanılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru