Türkiyə Mətbuat Federasiyasının Üzvləri Açıqlanıb - Siyahıda Haber Global Baş Redaktoru Taha Dağlı da var
11-03-2025, 12:44
Türkiyə Mətbuat Federasiyasının üzvləri təyin edilib.
Türkiyə Mətbuat Federasiyasının Yüksək Məsləhət Şurasında yer alan media sektoru nümayəndələri arasında, Haber Global Baş Redaktoru Taha Dağlı, TRT Haber Kanal Koordinatoru Mücahid Eker, Sabah qəzeti yazarı Yavuz Donat, Haber 7 Baş Redaktoru Osman Ateşli, Akşam Qəzeti Ankara Təmsilçisi Emin Pazarcı, Star Qəzeti Ankara Təmsilçisi Fadime Özkan və bir çox digər media mütəxəssisləri var.
Xatırladaq ki, Anadolu Yayıncılar Dərnəyi olaraq 2014-cü ildə qurulan və 2023-cü ildə Anadolu Yayıncılar Federasiyası adını alan qurum, Daxili İşlər Nazirliyinin təsdiqi ilə "Türkiyə Mətbuat Federasiyası" adını alıb.
Federasiya Prezidenti Sinan Burhan, ad dəyişiklikləri üçün Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edərək, Türkiyə Mətbuat Federasiyasının demokratiya, insan hüquqları və mətbuat azadlığı sahələrində mühüm işlər görəcəyini bildirdi. O, həmçinin mətbuat işçilərinin hüquqlarının gücləndirilməsi və media sektorunda daha azad və ədalətli bir strukturun qurulmasının federasiyanın əsas məqsədlərindən biri olduğunu qeyd edib.