Məşhur "tiktoker"in öldürülməsinə görə 4 nəfər həbs edilib - Onların arasında həyat yoldaşı da var
Bu gün, 12:14

Aydının Bozdoğan səmtində ərinin maşınının yanında güllələnərək öldürülmüş 4 uşaq anası olan evli Meltem Menteşeli (33) adlı şəxsin "TikTok" fenomeni olduğu üzə çıxıb.
Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində həyat yoldaşı da daxil olmaqla 4 şübhəli saxlanılıb, bir şübhəlinin tutulması üçün işlərə başlanılıb.
Aydında qətlə yetirilən sosial media fenomeni Meltem Menteşeli ilə bağlı aparılan istintaq çərçivəsində qadının əri də daxil olmaqla 4 nəfər nəzarətə alınıb.
Hadisə dünən saat 21:00 radələrində Bozdoğan Hisar məhəlləsinin Kale məhəlləsində baş verib. İddiaya görə, məhəllə sakinləri qadını maşının yanında hərəkətsiz vəziyyətdə görüblər və vəziyyəti polisə və təcili yardıma məlumat veriblər.
Olay yerinə gedən həkimlər evli və 4 uşaq anası Meltem Menteşelinin öldüyünü müəyyən edib.
Hadisə yerində aparılan araşdırmada 13 ədəd boş patron tapıldığı öyrənilib. Menteşelinin cansız bədəni prokurorun müayinəsindən sonra İzmir Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Qadının tapıldığı 45 AKK 504 dövlət nömrə nişanlı avtomobilin Meltem Menteşelinin ərinə məxsus olduğu müəyyən edilib.
Polislər hadisə ilə bağlı geniş araşdırma başladıb. Meltem Menteşelinin əri RM (40) və TA (40), BG (38) və F.Ö'yü (42) saxlanılıb. Evində tapıla bilməyən digər şübhəli ME-nin (38) tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.
Öldürülən Meltem Menteşelinin sosial mediada Tik-Tok fenomeni olduğu ortaya çıxıb. Menteşeli və həyat yoldaşının meşə sahələrində ağacları kəsərək çörəkpulu qazandıqları da öyrənilib.