İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı QƏRAR VERİLDİ – Bu səlahiyyət ƏLİNDƏN ALINDI

21-03-2025, 15:20           
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı QƏRAR VERİLDİ –
İstanbulda bəzi metro və dəmir yolu sistemlərinin idarəetməsi İstanbul Böyükşəhər Bələdiyyəsindən alınaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinə verilib.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Rəsmi Qəzetdə dərc olunan Prezident qərarı ilə Kazım Karabekir-Topağacı-Ümraniye İdman Kəndi Dəmir Yolu Sistemi Xəttinin tikintisi və idarəetmə məsuliyyəti İstanbul Böyükşəhər Bələdiyyəsindən alınaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinə verilib.

Bu, Nazirlər Kabinetinin 25 oktyabr 2010-cu il tarixli 2010/1115 nömrəli qərarı əsasında müvafiq qanunvericiliyə edilən dəyişikliklərlə həyata keçirilib.

Buna əsasən, adıçəkilən metro xətti şəhər daxili dəmir yolu nəqliyyatı sistemləri çərçivəsinə daxil edilərək nazirlik tərəfindən həyata keçiriləcək layihələr siyahısına əlavə olunub.

QƏRARIN DETALLARI

Qərara əsasən, Kazım Karabekir-Topağacı-Ümraniye İdman Kəndi Dəmir Yolu Sistemi Xətti layihəsi Nazirlik tərəfindən həyata keçiriləcək.
Bu dəyişiklik, müvafiq fərmanının 3-cü maddəsinin (a) bəndinin (7) alt bəndi olaraq yenilənib.
Qərar, 20 mart 2025-ci ildən etibarən qüvvəyə minib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru