Xanımı İmamoğlunu, özü AKP-ni dəstəkləyir...

Bu gün, 11:38           
Xanımı İmamoğlunu, özü AKP-ni dəstəkləyir...
Türkiyədə son günlər baş verən siyasi proseslər fonunda tanınmış xəbər aparıcılarının mövqeyi gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, əsas müzakirə mövzusu ər-arvad olan aparıcılar Ece Üner və Deniz Bayramoğludur.

Belə ki, “Halk” TV-də aparıcılıq edən E.Ünerlə “Kanal D”də efirə çıxan D.Bayramoğlu iki fərqli mövqedədirlər. Xanım aparıcının çalışdığı media qurumunda AKP-ni sərt ifadələrlə tənqid etməsi, həyat yoldaşı D. Bayramoğlunun isə digər kanalda iqtidarın siyasi kursunu dəstəkləməsi birmənalı qarşılanmır.

Türkiyəli köşə yazarı və televiziya şərhçisi Rasim Ozan Kütahyalı da bir müddət əvvəl sosial şəbəkə hesabında sözügedən cütlüklə bağlı paylaşım edib. O, aparıcıların hər ikisinin siyasi görüşlərinin əslində eyni olduğunu, ikili oyun oynayaraq xalqı aldatdıqlarını düşünür: “Deniz Bayramoğlu “Kanal D”də Ərdoğanın təbliğatını aparır. Ece Üner “Halk” TV-də Ərdoğan əleyhinə təbliğat aparır.

Ancaq bir müddət əvvəl Ece Üner də hökumətin “TV100” kanalında mövcud hakimiyyətin təbliğatını aparırdı. Urfalı ərəb-kürd qarışığı olan Ece Üner türk olmasa da, ana xəbərlərdə davamlı olaraq türk millətçiliyini təbliğ etməli olur. İstər “Show”-“Habertürk” və “TV100”də, istərsə də Əkrəm İmamoğlunun “Halk” TV kanalında ekranda türk millətçisi kimi çıxış etməlidir. Əks halda, Ecenin qulağını “çəkəcəklər”.

Qeyd edək ki, bir neçə gün əvvəl İstanbul Respublika Prokurorluğu Ece Ünerə qarşı “məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək” və “ədalətli məhkəmə araşdırmasına təsir göstərməyə cəhd” ittihamları ilə istintaqa başlamışdı. Aparıcı ifadə vermək üçün “Halk TV”nin binasına gələn polis əməkdaşları tərəfindən prokurorluğa aparılmışdı. Məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan aparıcının xaricə çıxışı qadağan edilib. Həmçinin Üner həftədə bir dəfə polis idarəsinə gedərək imza atmalıdır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.