Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb

25-03-2025, 09:47           
Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb
Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

Bu barədə "Haber Global" xəbər verir.

Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.

Belə ki, restoranda 3 nəfər - Erkan A., Beyhan T. və Azərbaycan vətəndaşı Hüseyn M. iki şübhəli şəxsin atəş açması nəticəsində yaralanıb.

Hücum edən şəxslər hadisə yerindən qaçıblar.

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Erkan A. və Beyhan T.-nin vəziyyətlərinin ağır olduğu bildirilir. Qeyd edilir ki, Azərbaycan vətəndaşı yüngül xəsarət alıb.

Polis hadisəni törədən şəxslərin saxlanılması üçün əməliyyata başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru