Paylaşdığı görüntülər Gürcüstanda çəkilibmiş - Ərdoğana yanlış kadrlar verilib? - VİDEO

27-03-2025, 12:18           
Paylaşdığı görüntülər Gürcüstanda çəkilibmiş -
Tayyib Ərdoğan AKP qrup toplantısında Saraçhanədə baş verən etirazlarla bağlı 5 dəqiqəlik videoçarx nümayiş etdirib.

Gununsesi.info xəbər verir ki, sonradan aparılan araşdırma zamanı həmin 5 dəqiqəlik videodakı bəzi kadrların Türkiyədə deyil, Gürcüstandakı son aksiyalar zamanı çəkildiyi məlum olub.

Həmin video Ərdoğanın “X” rəsmi hesabından paylaşılıb. Amma məlum olub ki, videonun 04.15-04.21 saniyə arası hissəsində Gürcüstanda baş verən etiraz aksiyalarından görüntülər yer alıb. Bu görüntülərdə polislə etirazçılar arasında qarşıdurma əks olunub. Sözügedən postun 2024-cü ilə aid olduğu və videonun Türkiyədə çəkilmədiyi bəlli olub.

Həmin videonu təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru