Türkiyədə 4.5 bal gücündə zəlzələ oldu

25-04-2025, 09:20           
Türkiyədə 4.5 bal gücündə zəlzələ oldu
Türkiyənin Kütahya şəhərində 4.5 maqnitudalı zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub. Yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23 - red.) qeydə alınmış zəlzələnin ocağı 8.81 km dərinlikdə olub.

Dağıntı və xəsarət barədə məlumat verilməyib.
https://x.com/DepremDairesi/status/1915624326621024393?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1915624326621024393%7Ctwgr%5E54e6a320277d9ef44d4f03443831373b2dfc8c99%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fdunya%2Fturkiyede-4-5-bal-gucunde-zelzele-oldu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru